Səuriyyə qırıcılarının Yəmənin şimal-qərbində yerləşən Həccə vilayətindəki Məstba məntəqəsinə olan hücumlarında bir ailənin 4 üzvü qətlə yetirilib.
Həqiqət QHT (Truth NGO) - İRNA-nın məlumatına görə, Ərəbistan qırıcıları Hərz və Midi şəhərlərini də 4 dəfə hədəfə alıblar.
Səudiyyə qırıcıları bundan öncə də dəfələrlə Yəməndə mülki əhalini hədəfə alıblar.
Ərəbistan ABŞ-ın dəstəyi ilə 2015-ci ilin martından Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkə ilə birlikdə Yəmənə qarşı geniş hücumlara başlayıb. Bu hücumlarda indiyə kimi on minlərlə insan ölüb və yaralanıb. Milyonlarla nəfər isə evsiz qalıb.
Ərəbistanın dünyanın ən yoxsul ölkəsini hərtərəfli mühasirədə saxlaması bu ölkəni aclıq və humanitar fəlakətə sürükləyib.
Ali-Səud və müttəfiqləri bütün vəhşiliklərinə rəğmən Yəmən xalqının güclü müqaviməti ilə üzləşərək, öz məqsədlərinə nail ola bilməyiblər.