- Şənbə
İyun 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsrail hərbçiləri fələstinli aksiya iştirakçılarına hücum etdilər

2019/01/26, 14:50


İsrail hərbçiləri fələstinli aksiya iştirakçılarına hücum etdilər

İsrail hərbçiləri cümə günü Qəzzə zolağında "Qayıdış Haqqı" yürüşündə iştirak edənlərə hücum ediblər.

Həqiqət QHT (Truth NGO) - Fələstin Əl-Yəum informasiya kanalının bildirdiyinə görə, minlərlə fələstinli Milli Qayıdış Haqqı Yürüşü Komitəsinin çağırışına cavab olaraq ardıcıl olaraq 44-cü cümə günündə işğal edilmiş Fələstin ilə sərhəd məntəqədə keçirilən aksiyada iştirak edib.
İsrail hərbçiləri isə "Qayıdış Haqqı" yürüşünün iştirakçılarına hücum ediblər. Döyüş güllələri və gözyaşardıcı qazlardan istifadə edən İsrail hərbçiləri Qəzzənin mühasirəsini yarmaq və öz doğma torpaqlarına qayıtmaq istəyən fələstinliləri amanszı hücumlarının hədəfinə çeviriblər.
Hələ ki, bu hücumun insan tələfatı haqda məlumat yayılmayıb.
"Qayıdış Haqqı" yürüşlərinə 30 mart tarixindən etibarən start verilib.
İndiyə kimi bu yürüşlərdə 250 fələstinli İsrail hərbçilərinin atəş açması nəticəsində şəhid olub. Yaralı sayı isə 26 min nəfəri ötüb.

Tag və ya açar söz

İsrail، Yəhudi، qayıdış haqqı yürüşü، Sionizm، İsrail terroru، Fələstin، İnsan haqları، ،İsrail iş

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter