- Çərşənbə axşamı
Avqust 25, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsrail hərbçilərinin fələstinli əsirlərə hücumunda 150 nəfər xəsarət alıb

2019/01/24, 15:02


İsrail hərbçilərinin fələstinli əsirlərə hücumunda 150 nəfər xəsarət alıb

İsrail hərbçilərinin Afrr zindanına hücumunda 150 fələstinli xəsarət alıb.

Həqiqət QHT (Truth NGO) - Sionist rejim hərbçilərinin Ramallahdakı Afer zindanına olan hücumu zamanı 150 fələstinli əsir xəsarət alıb. İsrail hərbçiləri zindan işçilərinin rəftarlarına etiraz edən fələstinli əsirlərə qarşı zəhərli qazlardan istifadə ediblər. Cinayətkar rejimin cəza dəstəsi fələstinli əsirləri əlləri bağlı halda sıraya düzərək, şəxsi əşyalarını müsadirə ediblər. Həmçinin, fələstinli əsirlər ailələri ilə görüşdən məhrum ediliblər.
Aksiya iştirakçılarından biri deyir: “Bu rəftar cavabsız qalmamalıdır. Fələstinli əsirlər bizim qırmızı xəttimizdir. İsrail rejiminin bu rəftarına etiraz olaraq Fələstinin hər bir guşəsində geniş aksiyalar keçirilməlidir. Və beynəlxalq insan haqları təşkilatları da fələstinlilər, xüsusilə də əsirlər ilə çirkin rəftarlarına son qoyması üçün İsrail rejiminə təzyiq göstərməlidirlər.”
 Zindanlardan gələn xəbərlər Ramallahda fələstinlilərin qəzəblənməsinə səbəb olub. Fələstinli əsirlərin ailələri, əsirlikdən azad olmuş fələstinlilər və insan haqları müdafiəçiləri geniş aksiya təşkil ediblər. Aksiya iştirakçıları fələstinli əsirləri himayə üzrə daha artıq işlərin görülməsini istəyiblər. Onlar həmçinin beynəlxalq ictimaiyyətdən İsrail rejiminin fələstinli əsirlərə qarşı zorakılıqlarına mane olmasını tələb ediblər.
Bir başqa aksiya iştirakçısı deyir: “Görünür bu cinayətkar rejim Təl-Əviv və Hayfada fələstinlilərin dağılmış cəsədləri və axan qanına tamah salıbdır. Əgər İsrail fələstinli əsirlərə xəsarət yetirmək istəyərsə, cəhənnəmin qapılarını üzünə açmış olacaq.”
Bu ötən illərdə fələstinli əsirlərə edilən ən geniş hücum idi. 150 fələstinli əsirin vəziyyəti ötən hər an daha da pisləşir.

Tag və ya açar söz

İsrail، Sionizm، Fələstin، məhbuslar، əsirlərə hücum،İsrail işğalı،İsrailin cinayətləri

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter