- Bazar ertəsi
Fevral 16, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Azərbaycan ictimaiyyəti Qarabağ müharibəsində İranın Azərbaycana yardımlarından xəbərsizdir - İranlı jurnalist

2019/01/21, 04:11


Azərbaycan ictimaiyyəti Qarabağ müharibəsində İranın Azərbaycana yardımlarından xəbərsizdir - İranlı jurnalist

Təbrizdə keçirilən “Qarabağ münaqişəsində regional və beynəlxalq oyunçuların rolu və münaqişənin həllində İranın potensialları” mövzulu konfransda edilən çıxışlarından seçmələr.

Həqiqət QHT (Truth NGO) – İranlı jurnalist Hamid Hamidi: “Qarabağ müharibəsi reallıqları danışılmalı və yazılmalıdır. Biz Qarabağda şəhid olmuş və yaralanmış iranlılardan, İranın Azərbaycan ölkəsinə silah və digər yardımlarından hələ nə danışmamışıq, nə də yazmamışıq. Bu sükutla və Qarabağ müharibəsi ilə bağlı şifahi tarixi yazmamaqla Azərbaycan Respublikası xalqının böyük bir hissəsinin Qarabağ müharibəsində İranda öz qardaşlarının rol və köməklərindən xəbərsiz qalmasına haqq verməliyik. Ümidvarıq ki, yaxın gələcəkdə dillər açılsın, qələmlər rəvan olsun, bu iki dost və qardaş ölkə xalqının şifahi tarixi yaradılsın, insafsızlıq və təhrifdən uzaq bir tarix həkk olsun.”
Bu yaxınlarda Təbrizdə “Qarabağ münaqişəsində regional və beynəlxalq oyunçuların rolu və münaqişənin həllində İranın potensialları” mövzusunda konfrans baş tutdu. 
"AranNews"un verdiyi xəbərə görə,  konfransda çıxış edən jurnalist və tədqiqatçı Hamid Hamidi deyib: “Mən bir jurnalist olaraq öz şəxsi marağım və əlbəttə, jurnalist peşəsinə uyğun olaraq Qarabağ müharibəsi dövrü ilə bağlı bir sıra kitablar mütaliə etmişəm və bir çox şəxslərlə söhbət etmişəm. Oxuduğum kitablar arasında sabiq prezident Haşimi Rəfsəncaninin 1373-cü illə bağlı xatirələri toplanmış kitabı (ötən il çapdan çıxmışdır) və Qarabağ müharibəsi dövründə Şərqi Azərbaycan valisi olmuş Əli Əbdüləlizadənin “Aqayi ostandar” (Cənab Qubernator) kitabı, Culfa şəhərinin o vaxtkı fərmandarı Rza İbadinin “Aqayi fərmandar” kitabı vardır. Habelə, Kəbiri, Noi İqdam və Qarabağ müharibəsinin bu gün bizim aramızda olan Mehdiqulu Rizayi kimi canlı şahidlərinin söhbətlərinə işarə edə bilərəm.”
Cənab Hamidi əlavə edib: “Qarabağ müharibəsi ilə bağlı araşdırmalarıma uyğun olaraq bir neçə məsələni müxtəsər şəkildə diqqətinizə çatdırıram:
1. Qarabağ müharibəsi dövründə dini və siyasi çıxışlarda dəstəklər. O cümlədən:
a) 27 iyul 1993-cü ildə Ali Məqamlı Rəhbərin Təbriz əhalisi qarşısında çıxışı: “Ermənistan dövləti və ermənilər Qarabağda müsəlmanlara zülm edirlər. Biz ermənilərin Ermənistan dövlətinin dəstəyi ilə Qarabağda etdikləri son hərəkəti pisləyirik.”
b) Ali Məqamlı Rəhbər Qarabağ döyüşçüləri ilə görüşündə “Qarabağ İslam torpağıdır” demişdir.
c) Təbriz, Tehran, Ərdəbil, Urmiya və Qum şəhərlərinin cümə namazı xütbələrində o dövrün ən yüksək tribunaları kimi dəfələrlə Azərbaycan Respublikası müsəlmanlarına dəstək verilib və İran İslam Respublikasının dəstəklərindən danışılıb.
2. Azərbaycan Respublikası ordusunun hərbi təlimlərinə kömək və xidmət, lazım olan təlimləri verməkdə iştirak etmək. Qarabağda şəhid olmuş və yaralanmış iranlı döyüşçülər bu sözün şahidləridir.
3. Azərbaycan və Naxçıvanın ən çətin durumunda bu ölkəyə dərman, müalicə, qida, un və s. şəklində edilən iqtisadi yardımların çatdırılması. Habelə, Naxçıvanın daha yaxşı idarə olunması üçün Heydər Əliyevlə əməkdaşlıq olunaraq siyasi və iqtisadi dəstəklər. Həmçinin, ermənilərin Naxçıvan torpaqlarında irəliləməsinin qarşısını almaq. Çünki Naxçıvanın coğrafi baxımdan Azərbaycan Respublikasının mərkəzi dövlətindən ayrı olduğuna diqqət etməklə, ermənilərin bu ərazidə irəliləməsi və təcavüzü daha əlverişli idi. Üstəlik, Azərbaycan Respublikası və Naxçıvan arasında əlaqə yaranması və əhalinin quru yolla əlaqəsinin qorunması məqsədilə Arazın bu tayında tamamilə İranın öz xərci hesabına Naxçıvandan Astaraya qədər sərhəd yolu salınıb. Bu yol Arazın o tayındakı əhali və məsulların əhval-ruhiyyəsi və birliyinin qorunmasında çox mühüm rol oynayıb. Bu yolun salınması və onun istifadəyə verilməsi Azərbaycan müsəlmanlarını dəstəkləmək istiqamətində baş tutmuşdur və belə də olacaq.
4. Qarabağ köçkünlərini himayə etmək, onlar üçün Azərbaycan Respublikası ərazisində düşərgə salmaq, Qırmızı Aypara Cəmiyyəti və İmam Xomeyni (r) adına İmdad Komitəsi tərəfindən köçkünlərin çadır və qida ilə təmin olunması, habelə bir çox digər yardımlar İran xalqı və dövlət məsullarının Qarabağ müharibəsində yardımları sırasındadır. Azərbaycan Respublikasında canlı şahidlər bu dəstəkləri yaxşı xatırlayırlar.
5. Vasitəçilik təlaşları Qarabağ müharibəsində İranın digər fəaliyyətlərindən olub. Təəssüf olsun ki, bu vasitəçilik səyləri həmişə təxribatla üzləşib. Bunun nümunəsini müzakirə heyətinin üzvü mərhum Fərdinin xatirələrində görmək olar. Fərdi müzakirə ilə bağlı xatirələrinin bir hissəsində yazır: “Müzakirələrin birində doktor Vilayəti Azərbaycan Respublikası rəsmiləri ilə danışıqlardan sonra Ermənistana səfər etmişdi. Ermənistan tərəfi onun Azərbaycan rəsmiləri ilə müzakirələrinin mətnindən xəbərdar olmuşdular və bunun üçün ona (doktor Vilayətiyə) irad tuturdular. Halbuki, bu kimi müzakirələr gizli olur. Onları  yaymağın nəticəsi xəyanət və müzakirələri nəticəsiz qalması ilə sonlandı.”
Habelə, İranın vasitəçilik müzakirələri əsnasında doktor Vilayəti səfər avtomobili ilə Qarabağın döyüş cəbhəsi bölgəsinə getmişdi. Bu məsələ münaqişənin həlli üçün müzakirələrinin əhəmiyyətini göstərirdi. Ona görə də bu məsələyə diqqətsizlik olmamalı idi.
Jurnalist daha sonra deyib: “Biz bu kimi toplantılarda iştirak etməklə İran İslam Respublikası dövləti, yaxud dövlət məsulları tərəfindən danışmırıq. Çünki onlar diplomatik məsələlər üzündən fərqli yanaşma seçə bilərlər. Biz İran xalqı və Mehdiqulu Rizayi kimi insanlar və Qarabağ hadisələrinin yaxın şahidləri tərəfindən söhbət edirik. Həqiqətlər deyilməli və yazılmalıdır. Bir dəstənin xoşu gələcəyi, yaxud bir qrupun etiraz edəcəyinə xatir həqiqətlər gizlin qalmamalıdır. Bu sükutla və Qarabağ müharibəsi ilə bağlı şifahi tarixi yazmamaqla Azərbaycan Respublikası xalqının böyük bir hissəsinin Qarabağ müharibəsində İranda öz qardaşlarının rol və köməklərindən xəbərsiz qalmasına haqq verməliyik. Biz bunları danışmamaqda qüsura yol vermişik və gecikmişik. Ümidvarıq ki, yaxın gələcəkdə dillər açılsın, qələmlər rəvan olsun, bu iki dost və qardaş ölkə xalqının şifahi tarixi yaradılsın, insafsızlıq və təhrifdən uzaq bir tarix həkk olsun.Biz hələ Qarabağ müharibəsi şəhidləri və yaralılarından danışmamışıq. Halbuki, cəmiyyət arasında Rizayi, Noi İqdam və Kəbiri kimi canlı şahidlər vardır və onlar dəfələrlə həmin dövrün xatirələrini danışıblar.”

Tag və ya açar söz

Azərbaycan، Qarabağ münaqişəsi، erməni işğalı، erməni terroru، İranın yardımı،Siyasi،Azərbaycan

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter