- Çərşənbə
May 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Rza şahın zibilliyə gömülmüş hakimiyyətini İlham Əliyev hakimiyyəti diriltməyə çalışır

2019/01/20, 15:11


Rza şahın zibilliyə gömülmüş hakimiyyətini İlham Əliyev hakimiyyəti diriltməyə çalışır

Əliyevlər və Pəhləvi sülalələri arasındakı hədsiz oxşarlıqlar onların eyni mahiyyət daşıdığını sübut edir. Sonlarının da eyni olacağına şübhə yoxdur.

Həqiqət QHT (Truth NGO) - Qədim zamanlarda şahlar tərəfindən idarə edilən dövlətlərin süquta uğramasından illər keçməkdədir. Artıq şahlıq, krallıq dövrü deyil. Hansı ölkələrdə şahlıq, krallıq, yəni diktatura, monarxiya quruluşu qalıbsa da onların da zibilliyə gömülməsi yaxındır.
Amma təəssüflər olsun ki, bəzi ölkələrdəki demokratik quruluşlar keçmiş zamana dönmək, arxaik bir quruluşa sahib olmağa çalışırlar. Azərbaycanda faktiki olaraq mövcud olan İlham Əliyev hakimiyyəti bunun bariz nümunəsidir. Halbuki Azərbaycan dövləti Osmanlı və İran imperiyası qonşuluğunda ikən hələ o zamanlar ilk dəfə olaraq müsəlman şərqində ilk demokratik Respublika elan edilmişdi. İndilərdə isə bu dövlətə nəinki Demokratik Respublika demək olmaz hətta bəlkə dövlətimiz qəddar şah hakimiyyətlərindən də pis bir vəziyyətə gəlib çıxmışdır.
İranda son olaraq devrilən Pəhləvi sülaləsinin sonuncu şahı Rza şah Pəhləvinin hakimiyyətdən getdiyi gün bu günlərə təsadüf edir. Amma hakimiyyətdən getməsi təsadüf deyildi. Artıq dindar, mənəviyyatlı bir xalq Rza şahın fəaliyyətlərindən bezmişdi. Çünki o, ölkəni bütövlükdə, sərvətləri ilə birlikdə beynəlxalq imperializmin qucağına atmışdı. Özü, ailəsi, övladları qır-qızıl yeyir, titul sahibi olur, saraylarda başlarında tac yaşayarkən xalq acından qırılır, ruhanisi sürgün edilir, vətəndaşı həbs edilirdi. Etiraz edən insanlar da zindanlara doldurulur, min cür işgəncələrə məruz qalırdı. 
İndi deyək ki, bütün bunlar təqribən 40 il bundan qabaq yaşayan insanın beyninin məhsulu idi. Amma indiki halda Azərbaycanda bu qədər inkişafdan, sağlam həyatdan, demokratiyadan danışırlar, amma Rza şahın yürütdüyü siyasətdən yaxşı bir şey görünmür.Təbii ki, Azərbaycan hakimiyyəti ilk dəfə deyil ki, Rza şahın hakimiyyətinə bənzədilir. Hələ on il bundan qabaq yerli politoloqlardan biri açıq-aşkar efirdə "İlham Əliyev faktiki olaraq Rza şah Pəhləvinin yolunu gedir" demişdir. Səbəb isə tam olaraq aydın. İki hakimiyyət, iki sülalə arasında oxşar cəhətlər çoxdur:
- Rza şah ruhanilərə zülm edirdi, xalqın lideri olan İmam Xomeynini (r) həbs etməkdən, sürgün etməkdən belə çəkinmədi. İlham Əliyev hakimiyyəti də hazırda ruhanilərimizə zülm etməkdə, onları həbsxanaya salmaqdadır. 
- Rza şah hakimiyyəti özünün əldəqayırma mollaları vasitəsilə hakimiyyətinin dayaqlarını gücləndirməyə çalışırdı, hətta bəzi dırnaqarası ruhanilər şahın arvadının əlini öpməkdən belə çəkinmirdi. Bu gün də İlham Əliyev də saray mollalarının arxasında gizlənir, özünü dinin, müsəlmanın dostu kimi göstərməyə çalışır.
- Rza şah da öz ailəsindən, xanımından siyasi məqsədlərlə istifadə edir, onun müəyyən qurumlarla maraqlanmasını hər fürsətdə təmin edirdi. İlham Əliyev də bu gün bu işlə məşğuldur, həyat yoldaşını siyasətə (vəzifəyə) gətirməkdən belə çəkinmədi.
- Rza şah atasını hakimiyyətə gətirib sonra sürgünə göndərən qüvvələrin xidmətçisi idi, bu gün İlham Əliyev də eyni durumdadır.
- Rza şah hakimiyyəti atasından təhvil almışdı, bu gün İlham Əliyevin də oturduğu kreslo atasının mirasıdır.
- Rza şah yerli-dibli olaraq ölkədə seçki keçirmir, şahlıq rejimin ölkədə hakim olmasına çalışırdı. Ondan betər bir şəkildə İlham Əliyev demokratiya və respublikaçılığın təməllərinə od vurub və özünün əbədi hakimiyyətini təmin etməyə çalışır.
- Rza şah da xalqdan üz döndərmişdi, ancaq xarici havadarlarına maşa rolunu oynayırdı. Bu gün İlham Əliyev də xalq arasına çıxmır, xalqı yaddan çıxarıb, hakimiyyətdə qalmasını da xarici dövlətlər təşkil edir.
Amma unutmamalıyıq ki, Allaha söykənməyən hakimiyyətlər gec-tez tarixin zibilliklərinə gömüləcəkdir. Biz bunun dəfələrlə - Rza şahın, Səddamın, Qəddafinin timsalında görmüşük.

Arannews

Tag və ya açar söz

Azərbaycan، İnsan haqları، dindarların hüquqları، İlham Əliyev، Nardaran faciəsi،Dindarların hüquqla

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter