- Şənbə
İyun 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

2019/01/15, 17:44


İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

İsrail hərbi məhkəmələri işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinliləri son 3 ildə 16 milyon dollardan çox cərimələyib.

Həqiqət QHT (Truth NGO) - Bu barədə Haaretz qəzeti 2015-2018-ci illərdə verilən pul cəzaları ilə bağlı yaydığı hesabatdan məlum olub. Bildirilir ki, cərimələnən fələstinlilər əsasən cana və mala zərər verməyənlərdir.
Həmçinin hesabatda İsrail hərbçilərinə daş atdıqları iddiası ilə saxlanılan fələstinli uşaqların  bəzilərinin  həbs olunduğu, bəzilərinin isə külli miqdarda cərimələndiyi bildirilir.
FaktXeber.com-un məlumatına görə, sənəddə daş atdığına görə hərbi məhkəmədə ittiham olunan 13 yaşlı Xalid Baharın işinə də yer verilib. Onun atdığı daşın  heç kəsi yaralamadığı və hər hansı bir zərərə yol açmadığına baxmayaraq, məhkəmə ona 6 ay 1 gün həbs cəzasına məhkum edib, əlavə olaraq  540 dollar cərimələyib.
Hesabatda bəzi uşaqların isə cərimə ödəmə imkanı olmadığından əlavə həbsdə qaldıqları vurğulanıb. Məsələn, kimlik bigiləri verilməyən 12 yaşlı fələstinli uşağı məhkəmə 1350 dollar cərimələyib. Ailəsi bu pulu ödəyə bilmədiyi üçün uşaq 31 gün müddətinə azadlıqdan məhrum edilib, həmçinin 130 dollar cərimələnib.
Qeyd edək ki, İsrail uşaqları hərbi məhkəməyə çıxaran tək ölkədir.
Fələstin rəsmi mənbələrinə görə, israil həbsxanalarında 270 fələstinli uşaq azadlıqdan məhrum olub. 

Tag və ya açar söz

İsrail، Sionizm، İsrail işğalı، uşaqlar،İsrailin cinayətləri،Uşaqlar،Fələstin

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter