- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsrail polisi Əqsa məscidinə hücum edib, nəzarətçiləri həbs edib - Foto

2019/01/15, 17:08


İsrail polisi Əqsa məscidinə hücum edib, nəzarətçiləri həbs edib - Foto

Dünən işğalçı İsrail rejim polisi əl-Əqsa məscidinə hücum edərək burada çalışan fələstinli nəzarətçiləri həbs edib, qapıları bağlayaraq dindarları saatlarla içəridə saxlayıb.

Həqiqət QHT (Truth NGO) - İsrail polisi Əhməd Əbu Əlya, Luey Əbu əl-Səd, Fadi Əlyan, Yəhya Şəhadə və Əvad əl-Səliməni həbs ediblər. Saatlarla polis şöbəsində saxlanıldıqdan sonra nəzarətçilər gecə radələrində sərbəst buraxılıblar.
Bildirək ki, dünən 90 nəfərə yaxın fanatik israilli miqrantlar İsrail polisinin dəstəyilə əl-Əqsa məscidinə yürüş ediblər. İsrail polisi Hərəmi-şərifi ələ keçirərək buranın qapılarını bağlayıb və müsəlmanlara günorta namazlarını qılmağa icazə verməyib. Buna cavab olaraq yüzlərlə Qüds sakini müqəddəs məkanın ətrafında etiraz aksiyası keçiriblər, İsrail rejim polisinin məsciddəki özbaşınalıqlarını tənqid ediblər. İsrail polisi isə daha da aqressivləşərək nümayişçilərə hücum edib, əl-Əqsa məscid kompleksinin direktoru Şeyx Ömər Kisvani döyülüb.
“İslaminSesi”  xəbər verir ki, fanatik yəhudilərin məscidin həyətinə daxil olduğu vaxt İsrail polislərindən biri yəhudi dini geyimilə məscidə daxil olmağa cəhd edib. Lakin məscidin nəzarətçiləri onu içəri buraxmayıb. Buna cavab olaraq ərazidə qarşıd
urma güclənib və əraziyə əlavə polis qüvvələri yeridilib.
Qeyd edək ki, yəhudi və xristianlar günün müəyyən saatlarında buraya daxil ola bilirlər. Bura məscid olduğu üçün qeyri-müsəlmanların burada dini rituallar yerinə yetirməsinə icazə verilmir.
5B1PBB_W92.jpg
_2EU3_TU28.jpg
LWNGB1TJMJ.jpg
J9ETCG-J77.jpg
BCP9JKD6U-.jpg

Tag və ya açar söz

İsrail، Sionizm، Əl-Əqsa məscidi، yəhudi ekstremizmi، İsrail işğalı،İsrailin cinayətləri،Fələstin

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter