- Çərşənbə axşamı
Avqust 25, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Fələstinlilər ABŞ-ın ''Əsrin Sazişi'' planına qarşı aksiya keçiriblər

2019/01/15, 04:03


Fələstinlilər ABŞ-ın ''Əsrin Sazişi'' planına qarşı aksiya keçiriblər

Minlərlə fələstinli İordan çayının qərb sahilində, Ramallah şəhərində aksiya keçirərək, "Əsrin Anlaşması" adlı amerikan layihəyə öz etirazını bildirib.

Həqiqət QHT (Truth NGO) - ABŞ-ın "Əsrin Sazişi" layihəsinə əsasən Qüds şəhəri İsrailə təhvil verilməli, digər ölkələrdə yaşayan fələstinli didərginlər də öz evlərinə qayıtmaq haqqından məhrum edilməli və fələstinlilər sadəcə İordan çayının qərb sahilində və Qəzzə zolağında qalan məhdud ərazilərdə yaşamalıdırlar. 
Fars xəbər agentliyinin verdiyi məlumata görə, bazar günü Ramallahda keçirilən aksiyada iştirak edənlər "Əsrin Sazişi" planına qarşı şüarlar verərək, daxili ixtilaflara son qoyulmasını və milli barışığın əldə olunmasna təkid ediblər. 
Fələstinli aksiya iştirakçıları həmçinin, sionist-amerikan fitnəsinə qarşı birlik və həmrəyliyə təkid ediblər. 
Qəzzə zolağı sakinləri, Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin üzvləri və tərfdarları, Fələstinin azadlığı uğrunda demokratik cəbhə və bir qrup tanınmış fələstinli sima "Əsrin Sazişi" adlı amerikan plana qarşı etiraz aksiyasında iştirak edərək, bildiriblər: Fələstinli qruplar Milli Vəhdət Dialoqu adlı yeni bir milli barışıq planı hazırlayaraq, birlik və həmrəyliyi möhkəmləndirməyə çalışacaqlar. 

Tag və ya açar söz

İsrail، Sionizm، ABŞ، Əsrin Sazişi، Fələstin، etiraz aksiyası،Amerika əleyhinə aksiya،İsrail işğal

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter