- Çərşənbə axşamı
Yanvar 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Şiə kanallarını qapadan ''qardaş Türkiyədə'' ermənilər üçün telekanal açıldı

2019/01/12, 15:05


Şiə kanallarını qapadan ''qardaş Türkiyədə'' ermənilər üçün telekanal açıldı

Erməni dilli "Luys" kanalı 5 ildir fəaliyyət göstərən “Luys” adlı maqazın qəzetinin balansında açılır.

Həqiqət QHT (Truth NGO) - Yanvarın 6-dan test yayımına başlayan telekanal fevralın 6-dan sonra rəsmi fəaliyyətə başlayacaq. 
Kanal rəhbərliyi televiziyanın beynəlxalq media orqanı olacağını rəsmi Ttwitter hesabından açıqlayıb. Eyni zamanda bildiriblər ki, bu kanal Türkiyədə yaşayan ermənilərin səsi olacaq. 
“"Agos” və bir neçə kiçik qəzetdən başqa mediada böyük layihəmiz yox idi” deyən Aram  Kuran hesab edir ki, bu kanal vasitəsilə erməni xalqının mədəniyyətini də tanıtmaq imkanları qazanacaqlar. 
“Luys” qəzeti və televiziyası Türkiyədə 35 ildir qəzetçilik edən Aram Kuran və keçmiş televiziya işçisi Şahnur Kazançının layihəsi əsasında açılır. Telviziyaya  Aram Kuranın oğlu Hartuyun Kuran başçılıq edəcək. 
“Luys qəzeti kimi yeni televiziyanın da maliyyə dəstəlçisinin Feriköy Surp və Kumkapı Məryəm ana Kilsəsi, eyni zamanda erməni iş adamlarının olduğu bildirilir. Televiziyanın ilk test yayımının da bu kilsələrdən olması təsadüfü deyil. Kanalın idarə heyətində Aram Kuranın qızları Belinda Kuran və Mary Kuran da yer alacaq. Ailə kanalında eyni adlı qəzetin köşə yazarı Dikran Dülgəryan da çalışacaq. 
Televiziyada erməni və türk dilində xəbərlər yayımlanacaq. Bundan başqa, siyasi proqramlar da efirə veriləcək. Ermənilərin özəl günlərində (dini bayramları, matəm və s.) müxtəlif yerlərdən canlı yayımlar ediləcək. 
Hazırda TV-nin yayım hazırlığı ilə baglı “Luys” qəzetində toplantılar keçrilir. Televiziya üçün yeni bina da ayrılıb. (Modern.az)

Tag və ya açar söz

Türkiyə، ermənilər، Türkiyə-Ermənistan əlaqələri، erməni dilində telekanal،ermənilərin cinayətləri،A

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter