- Cümə
İyun 19, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Bin Salmanın Qaşıqçının qətlində ittiham olunan şəxslə əlaqələri davam edir

2019/01/12, 04:10


Bin Salmanın Qaşıqçının qətlində ittiham olunan şəxslə əlaqələri davam edir

Bir Amerika qəzeti səud vəliəhdinin səudiyyəli tənqidçi jurnalistin qətlində ittiham olunan şəxslə müntəzəm əlaqələrini ifşa edibdir.

Həqiqət QHT (Truth NGO) -Vaşinqton Post qəzeti bu gün belə xəbər verib: Səud vəliəhdi Muhəmməd bin Salman Ərəbistanın Türkiyənin İstanbul şəhərindəki konsulluğunda qətlə yetirilmiş səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının qətlində  ittiham olunan kənarlaşdırılmış müşavir Səud əl-Qəhtani ilə müntəzəm şəkildə əlaqəyə malikdir.
Bu amerikan qəzet yazıb: Bundan əlavə, əl-Qəhtani hələ də Ərəbistanda bir çox məhkəmə işinin araşdırılması məsuliyyətinə malikdir.
 Bu xəbər elə bir halda yayılıbdır ki, ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi Qaşıqçının qətlini "bəşəriyyətə qarşı bir cinayət" adlandırıb.
Pelosi deyib: Qaşıqçının qətli təkcə bu jurnalistə qarşı cinayət deyil, bu cinayət həm də bütün bəşəriyyət və dəyərlər əleyhinə cinayət sayılır və əgər onlar Amerikanın məsul şəxsləri qismində belə bir inamda olmuş olsalar ki, ticarət maraqları dəyərlərdən yuxarıdır, onda bilməldirlər ki, əxlaq hakimiyyətini uduzublar.
Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də bin Salmanın göstərişi ilə qətlə yetirildi, amma Amerika hökuməti indiyədək səud vəliəhdinə dəstək verərək, bununla bağlı sükuta dalıbdır.

Tag və ya açar söz

Səudiyyə Ərəbistanı، İnsan haqları، Səudiyyə Ərəbistanı cinayətləri، Camal Kaşıkçı، jurnalistin qətl

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter