- Bazar
Aprel 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Malayziyanın baş naziri israilli idmançıların Malayziyaya daxil olmalarına icazə verməyəcəyini deyib

2019/01/11, 15:08


Malayziyanın baş naziri israilli idmançıların Malayziyaya daxil olmalarına icazə verməyəcəyini deyib

Malayziyanın baş naziri deyib ki, sionist idmançıların Malayziyaya daxil olmaları üzrə lazımi sənədləri verməyəcəkdir.

Həqiqət QHT (Truth NGO) - Mahatir Muhəmməd müxbirlərlə müsahibədə Malayziyanın sionist rejimin işğalçılıqları və cinayətləri qarşısında  Fələstin xalqını himayə siyasətini bir daha vurğulayaraq, deyib: Bu siyasətə əsasən, Malayziya paraüzgüçülük üzrə 2019-cu il dünya çempionatında iştirak üçün sionist idmançılara viza verməyəcəkdir.
Paraüzgüçülük üzrə 2019-cu il dünya çempionatı 2019-cu il iyulun 25-dən avqustun 4-dək Malayziyanın Kuçin şəhərində keçirilməlidir.
Malayziya baş nazirinin sözləri bəzi mediaların qeyd olunan yarışlarda iştirak məqsədilə sionist idmançıların Malayziyaya daxil olmaları üzrə vizanın alınması üçün sionistlərin Kuala-Lumpura təzyiq göstərmələri barədəki məlumatlarından sonra yayılıbdır.
Malayziya sionist rejimlə diplomatik əlaqələrə malik deyil. Malayziyanın hökuməti və xalqı daim beynəlxalq arenalarda fələstinlilərin himayədarlarından olublar. 

Tag və ya açar söz

İsrail، İsrail terroru، Fələstin، İnsan haqları، İsrailin baykotu، Malaziya،İsraili boykot،İsrailin

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter