- Bazar
Aprel 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

2018-ci il Bəhreyndə vətəndaş hüquqlarının pozulması ilə yadda qaldı

2019/01/11, 04:05


2018-ci il Bəhreyndə vətəndaş hüquqlarının pozulması ilə yadda qaldı

Mərkəzi ofisi İsveçin Stokholm şəhərində yerləşən beynəlxalq "Sky Line" müəssisəsi 2018-ci ildə Bəhreyn vətəndaşlarının hüquqlarının Ali Xəlifə rejimi tərəfindən 86 dəfə pozulduğuna dair hesabat yayıb.

Həqiqət QHT (Truth NGO) - Əl-Aləm kanalının verdiyi məlumata görə, beynəlxalq "Sky Line" müəssisəsinin hesabatında deyilir: Bəhreynin Daxili İşlər Nazirliyi ötən milad ilində yüzlərlə vətəndaşı o cümlədən jurnalistləri və ictimai fəalları öz fikirlərini sosial şəbəkələrdə paylaşdıqları üçün məsuliyyətə cəlb edib.
Bu müəssisə Ali Xəlifə rejimi tərəfindən müxaliflərinə qarşı irəli sürülən ittihamların beynəlxalq qanunlara zidd olduğunu bildirib: Sosial şəbəkələrdəki fəaliyyətlərinə görə insanlar barəsində edam, adam oğurluğu və həbs qərarlarının çıxarılması 2018-ci ildə Bəhreyndə insan haqlarının pozulması hallarından sayılır.
Bəhreyn 14 fevral 2011-ci ildən Ali Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Bəhreyn xalqı demokratik quruluş və sosial ədalət istəyir.

Tag və ya açar söz

Bəhreyn، İnsan haqları، vətəndaş hüquqlarının pozulması

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter