- Cümə
Yanvar 16, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

''Demokratik'' Qərb mediası İngiltərə kraliçasının Səddam Hüseyndən oğurladığı qızıl pianonu görməməzliyə vurur

2019/01/09, 14:57


 ''Demokratik'' Qərb mediası İngiltərə kraliçasının Səddam Hüseyndən oğurladığı qızıl pianonu görməməzliyə vurur

Dünyaya demokratiya dərsi keçən Qərb mediası Britaniya kraliçası İkinci Yelizavetanın Səddam Hüseynin qızıl pianosunun özündə xalqı Yeni il münasibəti ilə təbrik etməsinə özlərinin icad etdikləri tolerantlıqla yanaşırlar.

Həqiqət QHT (Truth NGO) - Britaniya kraliçası İkinci Yelizaveta ənənəvi olaraq xalqı Yeni il münasibəti ilə televiziyadan təbrik edib. Kraliçanın təbrik videosunda onun arxa hissəsində görünən və bir vaxtlar İraq lideri Səddam Hüseynə məxsus olmuş qızıl piano sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
84DG5P1696.png
Sosial şəbəkə istifadəçiləri məlumatlı qeyd edirlər ki, Fars körfəzi müharibəsi zamanı ingilislər Bağdada daxil olarkən Səddam Hüseynin iqamətgahını yağmalayıb və bu zaman oradakı qiymətli əşyalar və əntiq sənət nümunələri xüsusi yük təyyarəsi ilə İngiltərəyə göndərilib.
Əslində bu qızılı piano Qərbin imperialist siyasətlərinin arxasında duran məqsədləri tam çılpaqlığı ilə ifadə edir: Saxta bəhanələrlə İraqa soxulan ABŞ və Britaniyanın işğalçılarının məqsədi oraya demokratiya gətirmək deyil, dövləti və xalqı talan edib əsrlər boyu sayəsndə yaşadıqları parazit həyat tərzini davam etdirməkdən ibarət idi.
Maraqlıdır ki, dünyaya demokratiya dərsi keçərək, Afrikanın ucqar nöqtəsində baş verən adi "toyuq oğurluğunu" belə şişirdərək bütöv millətləri oğru, talançı və s. kimi təqdim edən "Qərb mediası, Britaniya kraliçasının Səddam Hüseynin qızıl pianosunun özündə xalqı Yeni il münasibəti ilə təbrik etməsini görməməzliyə vuraraq - "bu pianonun Kraliçanın sarayında nə işi olduğu" sualının yaranmasın qarşısını almağa çalışmışlar. 

Tag və ya açar söz

İngiltərə، İngilis kraliçası، Səddam Hüseyn، qızıl piano،Britaniya kraliçası

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter