- Cümə
İyun 19, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

''Bunlar hara gedirlər, səfaləti özlərilə aparırlar'' - Tehranın İmam cüməsi

2019/01/07, 15:07


''Bunlar hara gedirlər, səfaləti özlərilə aparırlar'' - Tehranın İmam cüməsi

Tehranın cümə namazının xətibi höccətulislam Muhəmməd Cavad Hacı Əli Əkbəri olub. O çıxışı zamanı Yaxın Şərqdə ABŞ-ın məğlub olduğunu bildirərək " Yaxın Şərq və Asiyanın qərbi İran xalqının müqaviməti ilə Amerikanın arzularının qəbiristanlığına çevrildi.", -deyə qeyd edib.

Həqiqət QHT (Truth NGO) - İmam cümə amerikalı hərbçilərin Suriyadan çıxmalarına və ABŞ prezidenti Donald Trampın gecə ilə bu ölkə hərbçilərinin İraqdakı bazasındakı iştirakına da toxunub: "Amerikanın Qərbi Asiya bölgəsində iştirakı bu ölkə üçün bədbəxtlik gətirdi."
"İslamazeri" xəbər verir ki, Höccətulislam Muhəmməd Cavad Hacı Əli Əkbəri sionist rejimin İran xalqının müqaviməti qarşısında çətin günlər keçirdiyini bəyan edərək  "Livan Hizbullah-ı, İraqın əl-Həşduşşəbi qüvvələri, Yəmən Ənsarullah-ı, Bəhreyn xalqının inqilabı, Nigeriya İslam Hərəkatı Amerika qarşısındakı müqavimət halqalarındandır.", -deyə əlavə edib.
İmam Cümə sözlərinin davamında deyib ki,  İran İslam Respublikası regiondakı müqavimətin ilhamvericisidir və İŞİD-i məğlub etməklə Amerikanın dəyərsiz koalisiyasını mövcudluq böhranı ilə üzləşdirdi.
ABŞ mədəniyyətinin məhvinə diqqət çəkən İmam cümə deyib: "Ətrafımızda diqqətlə baxsaq, düşmənin acınacaqlı durumu açıq və gözündədir. Bir yandan yeni mədəniyyət doğur, digər yandan da Amerikan mədəniyyəti çökür."
ABŞ Ordusunun Suriyanı tərk etməsinə işarə edən İmam cümə "İnşallah bütün amerikan əsgərlər yaxında bölgəni tərk edəcəklər. Amerikalıların bölgədəki varlığının sonu səfalət və pərişanlıqdan başqa bir şey deyil. Bunlar hara getsələr ora səfalət aparırlar.", -deyə əlavə edb.
Höccətulislam Hacı Əli Əkbəri həmçinin İran xalqının şahlıq rejimi üzərindəki qələbəsinin 40-cı ildönümü ərəfəsində İslam İnqilabını İmam Xomeyni rəhbərliyi ilə bir xalqın yeni təvəllüdü adlandırıb.
İmam cümə sözlərinin sonunda deyib:  "İran xalqı İslam İnqilabı qələbəsinin 40-cı ildönümündə bu il ötən illərdəkindən daha fərqli şəkildə haqqın nahaqq üzərindəki qələbəsini bayram edəcək."

Tag və ya açar söz

ABŞ، ABŞ-ın cinayətləri، Amerika təcavüzü، İnsan haqları، Müharibə cinayətləri، Bəşəriyyətə qarşı ci

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter