- Bazar
Aprel 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Təcavüzkar səud koalisiyası əl-Hudəydə hava limanına və tibb institutuna hücum edib

2019/01/07, 04:06


Təcavüzkar səud koalisiyası əl-Hudəydə hava limanına və tibb institutuna hücum edib

Təcavüzkar səud koalisiyası dünən gecə bir daha Yəmənin əl-Hudəydə şəhərində atəşkəsi pozubdur.

Həqiqət QHT (Truth NGO) - Yəmənin əl-Məsirə telekanalı bildirib ki, təcavüzkar səud koalisiyası əl-Hudəydə hava limanını və tibb institutunu hədəfə alıbdır.
Bu hücumun törətdiyi xəsarət və tələfat barədə hələ bir məlumat yayılmayıbdır.
Təcavüzkar səud koalisiyasının qüvvələri həmçinin əl-Hudəydənin "Şarə 90" məntəqəsində yerləşən əl-Şəbab qəsəbəsinin hava limanını və tibb institutunu yarımağır silahlarla atəşə tutublar.
Təcavüzkar səud koalisiyasının qırıcıları da dünən gecə Səədə əyalətinin əl-Zahir rayonunun əl-Mədafin məntəqəsini bombardman ediblər.
Səud koalisiyasının əl-Hudəydəyə qarşı hücumları elə bir halda davam edir ki, minlərlə yəmənli cümə günü bu şəhərdə aksiya keçirərək, səudların atəşkəsə sadiq qalmalarını istəmişdi.
İsveçdə yəmənli qruplar arasında razılaşdırılmış atəşkəs dekabrın 18-i səhər tezdən əl-Hudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.
Əl-Hudəydə liman şəhəri Yəmənə humanitar yardımların göndərilməsi üzrə başlıca istiqamətdir.

Tag və ya açar söz

Yəmən، Səudiyyənin təcavüzü، Yəmənə vəhhabi-sionist hücumu ، Müharibə cinayətləri، Bəşəriyyətə qarşı

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter