- Çərşənbə axşamı
Yanvar 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Tramp İran barəsindəki sözləri ilə İsraili şoka saldı

2019/01/06, 04:01


Tramp İran barəsindəki sözləri ilə İsraili şoka saldı

İsrail Trampın İran barədə dediklərindən şokdadır.

Həqiqət QHT (Truth NGO) -  Yüksəkrütbəli israilli məmur «Ynet News» nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Trampın İranın Suriyada gələcək fəaliyyti barədə dediklərindən şoka düşdüklərini açıqlayıb. 
«Onlar orda istədiklərini edə bilərlər», - deyə Tramp İranın Suriyadakı rolu ilə əlaqədar bəyan etmişdi.
«İran artıq həmin ölkə deyil. İran Suriyadan qoşunlarını çıxardır. Sözün düzü, onlar orda istədiklərini edə bilərlər, lakin onlar öz qoşunlarını çıxarırlar. Onlar Yəməndən insanları çıxarırlar»
Trampın bu şərhlərinə cavab olaraq israilli məmur Ynet News-a şokda olduğunu bildirib və deyib ki, "ABŞ prezidenti Suriyada nə baş verdiyini bilmir ", deyə The Times of Israel stat gətirib.
Qeyd edək ki, Trampın İranla bağlı açıqlaması onun Suriya barədə şərhi ilə eyni vaxta səslənmişdi.
«Suriya çoxdan itirilib. Biz böyük zənginlikdən danışmırıq. Biz qum və ölüm barədə danışırıq. Məhz bu barədə danışırıq», - deyə prezident əlavə edib. /İslaminSesi /

Tag və ya açar söz

Suriya، müharibə، Suriyanın bərpası، İran، Donald tramp، israil،Donald Tramp،İranın qüdrəti،İsrail

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter