- Çərşənbə axşamı
Yanvar 20, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Makron İlham Əliyevdən öyrəndi: Fransa Sarı Jiletlilər hərəkatının liderini ''silah gəzdirmək'' ittihamı ilə şərlədi və həbs etdi - Video

2019/01/05, 04:01


Makron İlham Əliyevdən öyrəndi: Fransa Sarı Jiletlilər hərəkatının liderini ''silah gəzdirmək'' ittihamı ilə şərlədi və həbs etdi - Video

İlham Əliyevin dediyi - "Avropa artıq bizdən öyrənir" fikirlərinin əyani sübutu: Fransa hakimiyyəti Azərbaycan Respublikasının patentləşdirdiyi - "şərləyib həbs etmək" üsullarından istifadəyə başlayıb.

Həqiqət QHT (Truth NGO) - Fransada Sarı Jiletlilər hərəkatının liderlərindən Erik Drue icazəsiz aksiya keçirmək ittihamı ilə həbs edilib. Prokurorluqdan Fransanın AFP informasiya agentliyinə verilən məlumata görə, Erik Drue icazəsiz mitinq keçirmək ittihamı ilə həbs edilib.
Hal-hazırda silah gəzdirmək ittihamı ilə mühakimə olunan Erik Druenin paytaxt Parisdə Yelisey çöllərinə gedərkən saxlanıldığı bildirilib. Erik Druenin Zəfər Tağı abidəsinin yaxınlığında onlarla nümayişçinin gözlədiyi qeyd olunub.
Erik Druenin həbs edilməsi fransalı siyasətçi Jan Luk Melexonun reaksiyasına səbəb olub. O, Twitter-dən verdiyi açıqlamasında belə qeyd edib: “Erik Drue yenə saxlanıldı, niyə? Gücdən sui-istifadə olunur. Siyasiləşən polis, Sarı Jiletlilər hərəkatının liderlərini hədəfə alır”.

Tag və ya açar söz

Fransa، etiraz aksiyası، sarı gödəkçəlilərin aksiyası،sarı gödəkçəlilər aksiyası،Siyasi

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter