- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsrail hərbçiləri ötən il 57 uşaq qətlə yetirib

2019/01/04, 15:03


İsrail hərbçiləri ötən il 57 uşaq qətlə yetirib

Fələstin Azadlıq Təşkilatı yanında "Abdulla əl-Hurani" araşdırma mərkəzi İsrail hərbçilərinin 2018-ci ildə şəhid etdikləri fələstinlilər barədə hesabat yayıb.

Həqiqət QHT (Truth NGO) - Sənəddə bildirilir ki, ötən il həyatını itirən 312 fələstinlidən 57-si uşaq və 3-ü qadındır. Bundan başqa qurbanların 262-si Qəzza zolağının sakinidir, daha 50 fələstinli isə İordan çayının Qərb sahilində həyatını itirib.
Araşdırma mərkəzinin illik hesabatına görə, 2018-ci ildə israilli hərbçilərin zorakılığı 2017-ci ilə nisbətdə 2 dəfə artıb. 
Bundan başqa 38 fələstinlinin meyiti hələ də ailələrinə verilməyib.
"FaktXeber"-in məlumatına görə,ənəddə bildirilir ki, 2018-ci ildə israillilərin İordan çayının qərb sahilinə  və Qəzza zolağında hücumu zamanı 31.500 fələstnli yaralanıb. Onlardan 26 mini "Böyük Qayıdış Yürüşü"ndə xəsarət alıb.
Qeyd edək ki, "Böyük Qayıdış Yürüşü" 2018-ci ilin martın 30-da  Torpaq Günü münasibətilə  Qəzza zolağında başlayıb və hələ də davam edir. Fələstinlilərin bu aksiyasında əsas məqsəd İsrailin 1976-cı ildə Fələstin torpaqlarını müsadirə etməsi qərarını dünyaya xatırlatmaqdır.

Tag və ya açar söz

İsrail، Yəhudi، Uşaqların qətli، Sionizm، İsrail terroru، Fələstin، İnsan haqları، uşaqlar،İsrailin

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter