- Cümə axşamı
İyun 18, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Ruhani: Amerikanlar region xalqları arasında görünməyə cürət etmirlər

2019/01/03, 13:37


Ruhani: Amerikanlar region xalqları arasında görünməyə cürət etmirlər

İran İslam Respublikası prezidenti ABŞ prezidenti donald Trampın İraqa gizli səfərinə toxunaraq deyib: Amerikanlar İraq, Suriya, Livan və Yəmən xalqları arasında görünməyə cürət etmirlər.

Həqiqət QHT (Truth NGO) - İİR prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında amerikanların 2003-cü ildən bəri İraq və Əfqanıstan xalqlarının xilasedicisi olduqlarını iddia etdiklərini bildirərək deyib: Amerika İraqı xilas edibdirsə bəs nəyə görə, Tramp bu ölkəyə rəsmi və açıq-aşkar səfər etmədi?
Ruhani deyib: Trampın İraqa gecə çağında gizlicə səfəri və bu ölkəni dərhal da tərk etməsi Amerikanın regiondakı məğlubiyyətini göstərir. 
İİR prezidenti ümidvar olduğunu bildirib ki, Ağ ev rəsmiləri 2019-cu ildə öz məğlubiyyətlərindən ibrət alacaq və region xalqları xüsusiylə də Fələstin xalqının işlərinə qarışmayacaqlar. 
Ruhani həmçinin Amerikanın İrana qarşı sanksiyalarına toxunaraq deyib: İranın iqtisadi fəaliyyəti düşmənlərin təzyiqlərinə rəğmən müsbət və ümidvericidir. 
İİR prezidenti deyib: Amerikanlar İran nefti və neft məmulatlarının ixracatına mane olmaq sahəsindəki məqsədlərinə heç cür çatmayacaqlar. 
Ruhani İranın müdafiə potensialının düşmənlərin təhdidlərinə qarşı artmasını zəruri hesab edib. 

Tag və ya açar söz

ABŞ، Amerika təcavüzü، İnsan haqları، Yaxın Şərq،Amerika imperializmi،Donald Tramp،Siyasi،İran

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter