- Cümə axşamı
İyul 23, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

''Suriyanın şimalının parçalanması planının'' son nəfəsləri

2019/01/03, 04:11


''Suriyanın şimalının parçalanması planının'' son nəfəsləri

Səudiyyə telekanalı bir reportajda Suriyanın şimalının parçalanması planının məğlubiyyətə uğradığını bildirib və Səudiyyənin müttəfiqinin nəhayət kürdlərə arxa çevirdiyini etiraf edib.

Həqiqət QHT (Truth NGO) - Əl-Ərəbiyyə telekanalı bildirib ki, kürdlərin Suriyanın şimalında kürd dövləti yaratmaq xülyası regional tərəflərin mənafe ziddiyyətləri girovundadır amma bu xülya Amerikanın Suriyanın şimalını qəfildən tərk etməsindən sonra özünün son nəfəslərini çəkir. 
Əl-Ərəbiyyə telekanalının müxbiri deyir: Suriya kürdləri çətin durumdadırlar və ABŞ nəhayət onlara arxa çevirdi. Onlar bu gün naməlum tale yaşayır və Türkiyə hərbçilərinin Mİnbicin ətrafında sıralanması öncə ona qarşı isyan edən kürd yaraqlılarını Suriya hökumətindən yardım istəməyə məcbur etdi. Hal-hazırda Minbic mühasirədədir və öncə də İfrin süqut etmişdir. Buna görə də analitiklərin dediklərinə əsasən kürd yaraqlılaırn muxtar hökumət yaratmaq planları özünün son nəfəslərini kəkməkdədir. 
Suriya hərbçilərinin 2012-ci ildə Suriyanın kürd sakinli ərazilərindən çıxması kürd yaraqlılara muxtar hökumət xülyalarını reallaşdırmaq üçün tarixi fürsət yaratmış oldu. Amma Suriyada beynəlxalq tərəflərin mənafelərinin ziddiyyət təşkil etməsi kürd yaraqlılarını bütün tərəflərin onların düşməninə çevrilmələrinə gətirib çıxartdı. Rusiyaya görə, kürd yaraqlıları Suriyada Amerikanın hərbi qoludurlar. Suriya hökuməti kürd yaraqlılarını, Suriyanı parçalamaq və milli birliyi məhv etmək istəyən xəyanətkarlar kimi görür və Türkiyə isə həmişə onları Türkiyənin yaraqlı kürdləri ilə strateji əlaqələrə malik olan və Türkiyənin milli təhlükəsizliyini təhdid edən terrorçu silahlılar hesab edir. Bütün bunlar Suriyadakı kürd yaraqlıları özlərinin muxtar hökumət rövyalarından vaz keçmək və mərkəzi hökumətin nəzarəti ilə razılaşmalarına səbəb oldu. 

Tag və ya açar söz

Suriya، müharibə، Suriyanın bərpası، ،Suriya müharibəsi،ABŞ

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter