- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Qəzzada 2018-ci ilin sonuncu Böyük Qayıdış yürüşü də insan itkisilə tarixə yazılıb

2019/01/02, 15:46


Qəzzada 2018-ci ilin sonuncu Böyük Qayıdış yürüşü də insan itkisilə tarixə yazılıb

Həlak olan Qəzza sakini Böyük Qayıdış yürüşləri zamanı İsrail tərəfindən öldürülmüş sayca səkkizinci fiziki qüsurlu şəxsdir. Xan-Yunisdən olan 26 yaşlı Kərəm Məhəmməd Nöman Fəyyaz baş nahiyəsindən güllə yarası alıb.

Həqiqət QHT (Truth NGO) - Qəzzada baş tutmuş 40-cı Böyük Qayıdış yürüşündə işğalçı İsrail rejim qüvvələri dinc nümayişçilərə qarşı odlu silah və gözyaşardıcı qaz bombaları istifadə edib. Nəticədə azı bir nəfər həlak olub, 18 nəfər yaralanıb.
ABNA-nın verdiyi xəbərə əsasən, bu barədə Fələstin İnsan Haqları Mərkəzinin yaydığı hesabatda deyilir.
Bildirilib ki, həlak olan Qəzza sakini Böyük Qayıdış yürüşləri zamanı İsrail tərəfindən öldürülmüş sayca səkkizinci fiziki qüsurlu şəxsdir. Xan-Yunisdən olan 26 yaşlı Kərəm Məhəmməd Nöman Fəyyaz baş nahiyəsindən güllə yarası alıb. O, Qəzzadakı Avropa hospitalına çatdırılsa da, öldüyü məlum olub.
Bundan başqa, yaralanmış 18 mülki şəxsdən dördü uşaq, ikisi isə tibb işçiləridir. Yüzlərlə insan gözyaşardıcı qazların təsirindən təngnəfəsliyə və qıcolmalara məruz qalıblar.

Tag və ya açar söz

İsrail، Yəhudi، qayıdış haqqı yürüşü، Sionizm، İsrail terroru، Fələstin، İnsan haqları، ،İsrail iş

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter