- Cümə
İyul 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Azərbaycan: 2018-ci ilin mühüm siyasi hadisələri

2019/01/01, 04:15


Azərbaycan: 2018-ci ilin mühüm siyasi hadisələri

Ötən 2018-ci il ölkə üçün hansı mühüm siyasi hadisələrlə yadda qaldı?

Həqiqət QHT (Truth NGO) - 1. 11.04. Azərbaycanda prezident seçkiləri keçirilib.
2. 21.04. Parlament Novruz Məmmədovu baş nazir vəzifəsinə təsdiq edib.
3. 26.04. AŞPA-da korrupsiya ittihamları üzrə Müstəqil İstintaq Orqanının 219 səhifəlik hesabatı qızğın müzakirələrdən sonra plenar iclasda qəbul edilib. Azərbaycan hakimiyyəti əsas fiqurantlar arasındadır.
4. 03.07. Gəncədə şəhər sakini Yunis Səfərov icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədərək, onu ağır yaralayıb.
5. 11.07. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Aİ və Azərbaycan arasında tərəfdaşlığın prioritetləri haqqında danışıqların yekunlaşdığını bildiriblər. Sənəd Avropa Şurasının prezidenti Donald Tusk və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə paraflanıb.
6. 13.08. Şəki Apellyasiya Məhkəməsi REAL partiyasının lideri İlqar Məmmədovun vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında qərar qəbul edib.
7. 24.10. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana səfər edib.
8. 09.11. Norveç hökuməti Azərbaycan səfirliyinin bağlanması haqqında qərar qəbul edib.
9. 11.12. Beynəlxalq Açıq Hökumət Təşkilatının (OGP) rəhbər komitəsi dekabrın 5-də Vaşinqtonda keçirilən iclasında Azərbaycanın bu təşkilatda qeyri-fəal statusunu saxlayıb.
10. 14.12. Britaniya müstəntiqləri Azərbaycanın çirkli pullarının yuyulması ilə bağlı olan bir neçə milyard dollarlıq bank hesablarını dondurublar.
2018-ci il: Sürətlənmə siyasətinin paralelləri
Başa çatmaqda olan 2018-ci ili, yəqin ki, Azərbaycan üçün həm daxili, həm də xarici siyasət nöqteyi-nəzərdən ziddiyyətli il adlandırmaq olar.
Xarici siyasi proses hakimiyyətdaxili gərginliyi nümayiş etdirib, bu gərginlik ictimai həyatda da əks olunub. Bu prosesə aprelin 11-də vaxtından əvvəl keçirilən prezident seçkiləri start verib. Prezident İlham Əliyevin komandasının nümayəndələrinin vaxtından əvvəl seçkilər keçirilməsinin səbəbləri haqqında qeyri-müəyyən açıqlamaları və sonrakı siyasi dinamika göstərib ki, bu qərar Əliyev administrasiyasının həm institusional, həm də kadr cəhətdən yenilənməsinin sürətlənməsinə start verib. Göründüyü qədər, 2015-ci ilin əvvəllərində özünü göstərən və daha sonra da davam edən son böhran təzahürləri Əliyevi komandasını köhnə kadrlardan və münasibət qaydalarından tamamilə təmizləmək üçün daha operativ addımlar atmağa vadar edib. Biz hakimiyyətin və kapitalın daha çox prezidentin əlində cəmləşməsini, habelə, birinci vitse-prezident Mehriban Əliyevanın şəxsində paralel komandanın və ya qüvvə mərkəzinin yaranmasını və hətta müəyyən dərəcədə hakimiyyət vasitələrinin bir hissəsinin onun idarəetməsinə keçməsini müşahidə edirdik.
Daxili cəbhədə bu xətt komandanın FHN rəhbəri K.Heydərov, prezidentin köməkçisi Əli Həsənov kimi üzvlərinə təzyiq və prezident ailəsinin etimadlı şəxslərinin - baş nazir vəzifəsi alan Novruz Məmmədovun, vergilər naziri Mikayıl Cabbarovun, Bakı meri Eldar Əzizovun və s. ucaldılması ilə qeydə alınıb.
Eyni zamanda cəmiyyətə, xüsusən, onun informasiya şəbəkələrində hədsiz tənqidi fəallıq nümayiş etdirən, baş ağrısına və dövlətin ideoloji maşınının nüfuzlu alternativinə çevrilən hissəsinə qarşı təzyiq artıb. Həbslər, saytların bloklanması və hesabların sındırılması, alçaq trollar ordusunun formalaşdırılması, aqressiv qarşılıqlı alçaldıcı informasiya müharibəsi ilin siyasi proseslərinin fərqləndirici xüsusiyyəti olub.
Hakimiyyət sanki prezident Əliyevin dövlət maşınının yenidən qurulmasının sürətlənməsi siyasətinə mane olmaq iqtidarında olan istənilən meylləri zərərsizləşdirməyə çalışıb. Demək olar ki, il 2019-cu ildə tamamlanacaq müəyyən hazırlıq işləri ilə başa çatıb.
Xarici siyasət istiqaməti ölkədaxili hadisələrlə həmahəng şəkildə inkişaf edib. Xarici hadisələr sanki Əliyevin addımlarını tələsdirir və daxili dəyişiklik prosesinin sürətləndirilməsinə xidmət edirdi. Bir tərəfdən Azərbaycanın xarici siyasətinin bir aspekti kimi çirkli pullarla bağlı beynəlxalq araşdırmalar, digər tərəfdən isə Aİ və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri haqqında iyulun 11-də paraflanmış sənəddə əksini tapan Avrointeqrasiya haqqında tamamilə mötəbər danışıqlar.
Bütün sonrakı xarici siyasi münasibətlər bu istiqamətdə formalaşıb, bu da "Azərbaycan paltaryuyanı" ilə bağlı yeni qalmaqallı ifşalarda, eləcə də Almaniya kansleri, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri kimi yüksək səviyyəli qonaqların səfərlərində və s. əksini tapıb.
Ermənistandakı hadisələrdən sonra Azərbaycanda demokratiya və islahatlar probleminin daha da aktuallaşmasının konturları üzə çıxır, bu fonda 2019-cu ildə Aİ ilə tərəfdaşlıq haqqında sazişin imzalanması və iqtisadi islahatlarla paralel getməyən, onların "quyruğunda sürünən" ehtiyatlı bir demokratikləşmə prosesinin başlaması daha real görünür. Bu, heç də Əliyevin 2018-ci ilin əvvəllərində verdiyi siyasət və iqtisadiyyatda paralel islahatlar aparılması haqqında vədlərinə cavab vermir. Bu bəyanatın paralel islahatlarda yumşaq şəkildə israr edən Qərbi qane etmək üçün səsləndiyini təxmin etmək olar. Amma, istənilən halda, 2019-cu ildə Əliyev Azərbaycanın korrupsiya ifşaları kimi Qərb təkanlarının neqativlərini aradan qaldırmaq üçün "paralel proses" tövsiyələrini daha çox diqqətə almalı olacaq.

Tag və ya açar söz

Azərbaycan، İnsan haqları، İlin hesabatı،Hesabat،Siyasi،Azərbaycan

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter