- Cümə
İyun 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

BMT: Sionist hərbçilərin atəşləri ilə 29 min fələstinli şəhid olub və ya yaralanıb

2018/12/31, 04:02


BMT: Sionist hərbçilərin atəşləri ilə 29 min fələstinli şəhid olub və ya yaralanıb

BMT-nin humanitar məsələlər üzrə koordinasiya bürosu dünən bildirib ki, 2018-ci ildə sionist hərbçilərin atəşləri ilə 29 min fələstinli şəhid olub və ya yaralanıbdır.

Həqiqət QHT (Truth NGO) - BMT-nin humanitar məsələlər üzrə koordinasiya bürosu qeyd edibdir ki, sionist rejim hərbçiləri cari milad ilinin əvvəlindən bəri 295 fələstinlini şəhid edib və 29 mindən çox fələstinlini də yaralayıblar.
BMT-nin humanitar məsələlər üzrə koordinasiya bürosunun məlumatına görə, əksər fələstinli şəhidlər və yaralılar Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" yürüşündə sionist rejim hərbçilərinin atəşlərinə məruz qalıblar.
Dinc mahiyyətli "Qayıdış haqqı" yürüşü "torpaq günü" münasibətilə martın otuzunda Qəzzə zolağında başlanıb və hələ də davam etməkdədir. 
30 martdan bu günədək bu aksiyalarda 253 fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və 26 mindən çox fələstinli də yaralanıbdır.
Bir çox ölkə, o sıradan İran İslam Respublikası, həmçinin beynəlxalq təşkilatlar indiyədək sionistlərin bu cinayətlərini pisləyiblər.

Tag və ya açar söz

İsrail، Yəhudi، qayıdış haqqı yürüşü، Sionizm، İsrail terroru، Fələstin، İnsan haqları، ،İsrail iş

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter