- Çərşənbə
May 27, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

General Səlami: İran müxtəlif meydanlarda dünya imperializmini məğlub etmək qüdrətinə malikdir

2018/12/31, 04:06


General Səlami: İran müxtəlif meydanlarda dünya imperializmini məğlub etmək qüdrətinə malikdir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan əvəzi deyib: İslami İran göstərdi ki, müxtəlif meydanlarda dünya imperializmini məğlub etmək qüdrəti və imkanına malikdir.

Həqiqət QHT (Truth NGO) - Briqada generalı pasdar Hoseyn Səlami bu gün Tehranda doqquz dey mərasimində sonra belə deyib: İran İslam İnqilabının 1979-cu il fevralın on birində zəfər çalması Amerikaya ağır zərbə endirdi və şahın süqut etməsi ilə imperializmin vücuduna zəlzələ saldı ki, hələ də Amerikaya və onun müttəfiqlərinə əzab verməkdədir. Bu, İran xalqının adına qeydə alınan Amerikanın ilk aşkar məğlubiyyəti idi.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan əvəzi söyləyib: Amerikanın Tehrandakı casusluq yuvasının ələ keçirilməsi də Amerikanın İran İslam Respublikasındakı iştirakına təyinedici son güllə idi və birinci inqilabdan daha böyük inqilab adını aldı.
General Səlami deyib: Qeyri-bərabər bir müharibədə heyranedici qələbə İranın qüdrət nümayişlərindən biri idi və qəbul etdirilmiş müharibədə imperializmin belini qırdı.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın komandan əvəzi həmçinin deyib: İranın böyük xalqı 1388-ci günəş ili dey ayının doqquzunda da bu ölkə tarixində qəhrəmanlıq yaratdı ki, bu xalqın tarixində yadda qalan bir gün kimi parlamaqdadır.

Tag və ya açar söz

İran، İranın qüdrəti، ABŞ-in iflası،ABŞ-İran،Siyasi

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter