- Cümə
İyun 26, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Bu il ekstremist-ifratçı yəhudilərin fələstinlilərə qarşı hücumları 60 faiz artıb - Hesabat

2018/12/29, 04:15


Bu il ekstremist-ifratçı yəhudilərin fələstinlilərə qarşı hücumları 60 faiz artıb - Hesabat

Fələstin Azadlıq Təşkilatının (FAT) Torpaqların Müdafiəsi və Yəhudi Məskənlərinə qarşı Müqavimət üzrə Milli Bürosunun hazırladığı son hesabata əsasən Fələstinə xalqına qarşı nifrət və nifrət zəminli zorakılıqların sayı artıb.

Həqiqət QHT (Truth NGO) - Fələstin Azadlıq Təşkilatının (FAT) Torpaqların Müdafiəsi və Yəhudi Məskənlərinə qarşı Müqavimət üzrə Milli Bürosunun hazırladığı son hesabata əsasən Fələstinə xalqına qarşı nifrət və nifrət zəminli zorakılıqların sayı artıb.
 Getdikcə bu hücumlar daha təhlükəli hal almaqdadır. Belə ki, ifratçı yəhudilər daha mütəşəkkil və koordinasiyalı şəkildə fəaliyyət göstərərək hədəflərini daha radikal formada ortaya qoymağa başlayıblar. Fanatik yəhudilər İordan çayının qərb sahili bölgələrində "Ancaq əməliyyatlar, ərəblərə isə yox!" şüarları altında əl-Xəlil (Habrun) rayonu ilə Nablusu birləşdirən 60 saylı magistral ətrafında fələstinlilərə hücum etmək, onların bu magistral boyunca hərəkətinə mane olmaq kimi çağırışlar edirlər.
 İşğalçı rejimin Baş naziri Netanyahuya müraciət edən fanatik miqrantlar özlərini qorumağı öz öhdələrinə götürdiklərini bildiriblər. Bununla yoldan keçən fələstinlilərə, yerli əhaliyə qarşı hər cür zorakılığa haqq qazandıqlarını düşünürlər. Hətta Bit-Eyt yəhudi məskəninin icra şurasının sədri Hedm Bin Yaşay işğalçı ordunun regional komandanlığına bildirib ki, miqrant yəhudilər olaraq 60 saylı magistralın fələstinlilər üçün yenidən açılmasına icazə verməyəcəklər.
 İsrail tərəfinin məlumat və hesabatlarına əsasən, fanatik israillilərin fələstinlilərə qarşı nifrət zəminli zorakılıq kimi xarakterizə edilən hücumları bu il ötən ilə nisbətən 60 faiz artıb. Hesabatda qeyd olunur ki, 2017-ci ildə miqrantlar tərəfindən fələstinlilərə qarşı 79 zorakılıq faktı qeydə alınmışdısa, bu il bu göstərici 127-yə çatıb. Bu da hər üç gündən bir zorakılıq qeydə alınması deməkdir.
 Bu zorakılıqlar çərçivəsində avtomobil təkərlərinin partladılması, iqtisadi əhəmiyyətli meyvə bağlarının məhv edilməsi, divarlara irqçi şüarların yazılması, xəsarət və fiziki zor tətbiqi, qətliam və mal-qaralara hücum kimi əməllər törədilib. Sayca ən çox zorakılıq faktları Nablus, Rəmallah və əl-Xəlil əyalətlərinin kəndlərində qeydə alınıb.

Tag və ya açar söz

İsrail، Yəhudi، Sionizm، yəhudi ekstremizmi، Fələstin، İnsan haqları،Hesabat،İsrail işğalı،İsraili

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter