- Bazar
İyul 19, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Fövqəldövlət erası bitir - ABŞ digər güclərin iddialarını qəbul etməyə məhkumdur

2018/12/28, 15:25


Fövqəldövlət erası bitir - ABŞ digər güclərin iddialarını qəbul etməyə məhkumdur

Əhəd Məmmədli: “Prezident seçiləndən sonra üstünlüyü iqtisadiyyata verən Tramp üçün əsas olan əvvəlcə ABŞ-ın daxili, sonra xarici siyasətidir”

Həqiqət QHT (Truth NGO) – Tramp administrasiyası mətbuat xidmətinin yaydığı son məlumat sensasiyalı xarakter daşıyır. Məlumatda bildirilir ki, ABŞ Suriyadan sonra Əfqanıstanda anti-terror missiyalarında iştirak edən qoşunlarını da geri çəkəcək. Açıqlamada bu addımın atılmasında əsas məqsədin əfqan qüvvələrinin Qərb dəstəyinə asılılığını azaltmaq və öz qoşunlarına etibar etməsini təmin etmək olub. ABŞ prezidenti Donald Tramp özü isə jurnalistlərlə söhbətində məsuliyyətin tamamilə onların üzərində olmasının ədalətli sayılmadığını, ABŞ qoşunlarının dünyanın hər yerinə səpələndiyini, hətta insanların əksəriyyətinin adını eşitmədiyi ölkələrdə də olduqlarını və bunun həqiqətən gülməli göründüyünü söyləyib.
 Xatırlatma üçün qeyd edək ki, hələ Tramp hakimiyyətə yeni gələndə ABŞ qoşunlarının yerləşdirildiyi ərazilərdən çəkiləcəyi haqda bəyanat vermiş, diqqəti öz ölkəsindəki problemlərin həllinə yönəldəcəyini demişdi. İndi isə görünən odur ki, Amerika qoşunları artıq Suriyadan çıxarılır və Əfqanıstandan da gedəcəkləri haqda prezident səviyyəsində məlumat verilib.
 
Maraqlıdır, bu prosesin başlanmasını ABŞ-ın dünya ağalığından geri çəkilməsi kimi dəyərləndirmək olarmı?
 "İslamınSesi"-nin sorğusuna aydınlıq gətirən politoloq Əhəd Məmmədli dedi ki, bu mövzuya toxunarkən Trampın ilk öncə bir biznesmen olduğunu nəzərə almaq lazımdır: "Xatırlayırsınızsa siyasətlə məşğul olandan, prezident seçiləndən sonra da bu adam əvvəlcə üstünlüyü iqtisadiyyata, sonra siyasətə verdi. Ondan ötrü əsas olan əvvəlcə ABŞ-ın daxili, sonra xaricidir. Tramp prezident seçiləndən sonra sadə amerikalıların sosial vəziyyəti daha da yaxşılaşdı. Birləşmiş Ştatlarda son illərin ən böyük iqtisadi artımı müşahidə edildi. Tramp üçün Meksika ilə sərhədlərin qorunması, Suriya müharibəsindən daha vacibdir. Ölkə daxilində miqrant probleminin həlli Donbas və Krımın işğalından daha önəmlidir. Donald Trampın məlum açıqlaması təsadüfi deyil. ABŞ hələlik dünyanın bir nömrəli supergücü olaraq qalır. Amma dünya və regiondaki digər dövlətlər də güclənir, müstəqil siyasət sürməyə başlayır. NATO-nun özündə ABŞ-la bərabər Böyük  Britaniya, Fransa, Almaniya, Türkiyə də ciddi güc kimi ortaya çıxmağa başlayıb. Digər tərəfdən Çin, Rusiya, Hindistan kimi ölkələr də iddialarını ortaya qoyublar.
Məhz Suriya məsələsinə gəldikdə isə bu Trampın müstəqil gərarıdır. Və hələlik gərarının arxasında durur. Ərdoğanla Trampın məlum telefon söhbətindən sonra "biz oradan çıxırıq" qərarını verdi. Bu qərara hələ də ABŞ daxilində və xaricində ciddi təpkilər var. Müdafiə naziri əbəs yerə istefa vermədi. Həmin qərar ABŞ-ın NATO-dakı müttəfiqləri olan Britaniya və Fransanın ciddi narazılıqlarına səbəb oldu. PKK pərişan vəziyyətdədir. İsrail hələlik sakit durur. Lakin ABŞ-ın digər NATO müttəfiqi Türkiyə məlum qərarı razılıqla qəbul etdi. Amerikalılar praqmatik xaldır. Onlar gördülər ki, Türkiyə üçün Şimali Suriya qırmızı xətdir, o zaman vəziyyəti gərginləşdirmək əvəzinə yumşaltmağa getdilər. Düşünürəm ki, gecikmiş də olsa düzgün qərardır".

Tag və ya açar söz

ABŞ، Amerika təcavüzü، İnsan haqları، Müharibə cinayətləri، ABŞ-ın iflası،ABŞ-ın cinayətləri،Siyasi

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter