- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

'Fələstinli anaları öldürək', - deyən isralli nazirdən PKK-ya dəstək

2018/12/27, 08:01


'Fələstinli anaları öldürək', - deyən isralli nazirdən PKK-ya dəstək

Fələstinli analara qarşı ölüm çağırışı səsləndirən irqçi fikri sitat gətirərək sosial şəbəkədəki hesabında paylaşdığı üçün sərt reaksiyalarla üzləşən İsrail rejiminin ədliyyə naziri Ayelet Şaked bu dəfə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə danışaraq, dünyaya YPG/PKK terror təşkilatını qorumaq çağırışı edib.

Həqiqət QHT (Truth NGO) –  Aylet Şaked 2014-cü ildə fələstinli şəhidlərin analarının da öldürülməsi lazım olduğunu və onların uşaqlarının kiçik ilana oxşadığını dedikdən sonra Binyamin Netanyahu hökumətində Ədliyyə Nazirliyinin rəhbərliyinə gətirilmişdi.
O, İsrailin Ordu radiosuna açıqlamasında ABŞ-ın Suriyadan çəkilməsinin Ərdoğanı gücləndirəcəyini, İsrailin isə ziyanına olacağını deyib.
FaktXəbər-in məlumatına görə,  Şaked Suriyadakı YPG/PKK terror təşkilatını nəzərdə tutaraq, "ümid edirəm, kürdlər türklərə qarşı müharibəni udarlar. Ümid edirəm ki, beynəlxalq cəmiyyət Ərdoğanın kürdləri qətlə yetirməsini qarşısını alar", - deyə qeyd edib.

Tag və ya açar söz

İsrail، Yəhudi، Sionizm، İsrail işğalı، yəhudi ekstremizmi،İsrailin cinayətləri،Fələstin

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter