- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

Uşaq qatili İsrail rejimi 2018-ci ildə neçə fələstinli uşağı öldürüb? – Hesabat

2018/12/24, 15:56


Uşaq qatili İsrail rejimi 2018-ci ildə neçə fələstinli uşağı öldürüb? – Hesabat

Məlumata görə, mərkəzin hesabatına əsasən, İsrail rejimi fələstinli uşaqlara qarşı hər növ zorakılığa yol verib. Uşaqların 44-ü Qəzzada Böyük Qayıdış yürüşləri zamanı öldürülüb, 3 qəzzalı uşaq isə İsrail zindanlarında saxlanılır.

Həqiqət QHT (Truth NGO) – Fələstin Azadlıq Təşkilatının (FAT) Abdullah Hurani adına Tədqiqat və Sənədli İşlər Mərkəzinin hesablamasına görə, bu ilin əvvəlindən etibarən işğalçı İsrail rejim qüvvələri 54 fələstinli uşağı qətlə yetirib.
Məlumata görə, mərkəzin hesabatına əsasən, İsrail rejimi fələstinli uşaqlara qarşı hər növ zorakılığa yol verib. Uşaqların 44-ü Qəzzada Böyük Qayıdış yürüşləri zamanı öldürülüb, 3 qəzzalı uşaq isə İsrail zindanlarında saxlanılır.
ABNA –nın verdiyi xəbərə əsasən, hesabatda xüsusi olaraq vurğulanır ki, bu uşaqlar İsrail rejiminə qarşı heç bir təhlükə törətmədikləri halda işğalçı əsgərlər onları qəsdən hədəfə alaraq qətlə yetiriblər.
Hurani mərkəzinin hesabatında, həmçinin o da qeyd olunur ki, İsrail rejimi il ərzində İordan çayının qərb sahili və Qüdsdən olan 900-dən çox uşağı həbsə atıb, onların 230 nəfəri hələ də ağır və qeyri-insani şərtlər altında zindanlarda saxlanılır.
Hesabat onu da vurğulayıb ki, İsrail rejimi heç bir insani və psixoloji aspektləri nəzərə almadan sistematik olaraq fələstinli uşaqlara qarşı zorakılıq və işgəncə hallarına yol verir. Məsələn, bu yaxınlarda Ofer hərbi məhkəməsi 17 yaşlı fələstinli yeniyetmə Ayhan Sabahı 35 il müddətə azadlıqdan məhrum edib. Yeniyetmə 3 il bundan əvvəl - 14 yaşında israilli əsgərlərə qarşı bıçaqlı hücum törətməkdə ittiham edilib. Yetginlik yaşına çatmamış şəxsə belə bir ağır cəzanın verilməsi isə uşaq hüquqları üzrə və işgəncə əleyhinə beynəlxalaq konvensiyalara tamamilə ziddir. Halbuki İsrail rejimi bu konvensiyaları hələ 1991-ci ildə imzalayıb.
Beynəxalq-Fələstin Uşaqların Müdafiəsi (BFUM) təşkilatının hesabatında isə deyilir ki, İsrail rejiminin məqsədi bütün fələstinli uşaqları şikəst bir sinifə çevirməkdir və bu səbəbdən işğalçı ordu məqsədli şəkildə uşaqları həqiqi döyüş güllələri və parçalayıcı güllələrlə hədəfə alır.
BFUM Qəzzada xeyli sayda uşaq və yeniyetmələrin snayperlər tərəfindən şikəst edildiyini əsas gətirib. Təşkilat İsrailin bu əməllərinin beynəlxalq humanitar hüquqa, dördüncü Cenevrə konvensiyasına və uşaq hüquqları üzrə konvensiyaya zidd olduğunu da bildirib.

Tag və ya açar söz

İsrail، Yəhudi، qayıdış haqqı yürüşü، Sionizm، İsrail terroru، Uşaq qatili İsrail، Fələstin، İnsan

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter