- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

38-ci qayıdış haqqı yürüşündə bir fələstinli şəhid olub, 48 nəfər yaralanıb

2018/12/16, 16:17


38-ci qayıdış haqqı yürüşündə bir fələstinli şəhid olub, 48 nəfər yaralanıb

Fələstin Səhiyyə Nazirliyi bildirib: Dünən Qəzzədə və İordan çayının qərb sahilində 38-ci qayıdış haqqı yürüşlərində bir yeniyetmə fələstinli sionist hərbçilərin atəşi nəticəsində şəhid olub və 46 nəfər yaralanıb.

Həqiqət QHT (Truth NGO) -  İRNA-nın verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi bildirib: 16 yaşlı Mahmud Yusif Mahmud Nəxlə sionist hərbçilərin atəşi nəticəsində Əl-Birə şəhərinin şimalında Əl-Cəlzun düşərgəsinin yaxınlığında şəhid olub. 
Fələstinlilər dünən günortadan sonra qayıdış haqqı yürüşlərinin 38-ci cüməsində Qəzzənin şərqində yerləşən Əl-Əudə düşrəgəsinə doğru yürüş keçiriblər.Yürüş  "müqavimət qanuni haqqdır" şüarı ilə mühasirəyə son qoyulması tələbi ilə  keçirilib. 
Bu məlumata görə, Əl-Aləm telekanalının müxbiri də işğalçı sionist hərbçilər tərəfindən yaralananlar sırasındadır. 
Qayıdış haqqı yürüşləri 30 mart torpaq günündən başlanıb.
Bu yürüşlərdə indiyədək 240 fələstinli sionist hərbçilr tərəfində şəhid edilib və 25 mindən çox fələstinli yaralanıb. 
Fələstinlilərin torpaq gününün ildönümündəki yürüşü sionist rejimin 1976-cı il 30 mart tarixində fələstinlilərin torpaqlarını müsadirə etməsini xatırladır və hər il bu gün keçirilir.
Sionist rejim fələstinlilərin ərazilərini müsadirə etmək və orada sionist qəsəbələr salmaqla fələstin ərazilərinin etnik tərkibini dəyişmək və bu bölgələri sionistləşdirməyi planlaşdırır. 

Tag və ya açar söz

İsrail، Yəhudi، qayıdış haqqı yürüşü، Sionizm، İsrail terroru، Fələstin، İnsan haqları،

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter