- Cümə
Avqust 21, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İordan çayının qərb sahilində onlarla fələstinli həbs edildi

2018/12/14, 17:44


İordan çayının qərb sahilində onlarla fələstinli həbs edildi

İsrail hərbçiləri fələstinlilərə qarşı repressiyalarının davamında onlarla fələstinlini həbs ediblər.

Həqiqət QHT (Truth NGO) - İRİB-nin verdiyi məlumata görə, İsrail hərbçiləri cümə axşamı Ramallah, Qüds, Tulkərm, Cənin, Nablos, Əl-Xəlil və Tubas şəhərlərinə hücum ediblər. 
İsrail hərbçiləri fələstinlilərin evlərinə soxularaq, axtarışlar aparıb və 46 nəfəri həbs ediblər. Saxlanılanlar arasında Fələstin İslam Müqaviməti Hərəkatı Həmas-ın rəhbər üzvləri də var. 
İsrail hərbçiləri İordan çayının qərb sahilində yerləşən şəhərlərə  hücumları zamanı fələstinlilərin müqaviməti ilə üzləşiblər. Çıxan qarşıdurmada bir qrup fələstinli yaralanıb. 
Fələstinlilərin İsrail hərbçiləri və sionistlərə qarşı müqavimət əməliyyatının artması ilə İsrail hərbçiləri də öz hücumlarını artırıblar. Bu hücumların davamında dünən gecədən bu gün səhərə kimi davam edən əməliyyat zamanı 3 fələstinli şəhid edilib. 
Müqavimət qüvvələri İsrail hərbçilərinin cinayətlərinə cavab olaraq, işğal edilmiş ərazilərdə sionistləri hədəfə almağa başlayıblar. 
İsrail rejimi 1967-ci ildən 2017-ci ilə kimi 42 mindən çox fələstinlini şəhid edib. Bu müddət ərzində on minlərlə fələstinli də yaralanıb və ya öz evindən məcburi şəkildə didərgin salınıb. 

Tag və ya açar söz

İsrail، Yəhudi، həbs، Sionizm، İsrail terroru، Fələstin، İnsan haqları، ،İsrailin cinayətləri

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter