- Çərşənbə
İyun 17, 2019

İnsan Hüquqları üzrə Araşdırma Mərkəzi

İsrail qüvvələri fələstinlilərə aid məktəbi sökdü

2018/12/06, 17:00


İsrail qüvvələri fələstinlilərə aid məktəbi sökdü

İsrail qüvvələri dünən əl-Xəlilin cənubunda yerləşən əs-Səmunun şimalındakı əs-Simyə bölgəsində "Ət-Təhaddi-13" məktəbini söküb.

Həqiqət QHT (Truth NGO) - İsrail qüvvələrinin söküntüdən əvvəl məktəbin yerləşdiyi regionu əhatə altına aldığı və giriş-çıxışa icazə vermədiyi bildirilib. 
Eastnews.org-un verdiyi xəbərə görə,  Əl-Xəlilin cənubundakı Təhsil İdarəsi ictimaiyyətlə əlaqələr nümayəndəsi Muhənnəd əl-Musalimə İsrail qüvvələrinin yeddi sinifdən ibarət olan məktəbi əvvəlcədən xəbər vermədən sökdüyünü söyləyib. 
Əl-Musalimə məktəbin Fələstin Təlim və Təhsil Nazirliyi tərəfindən 40 min avroya inşa edildiyini və iki gün sonra açılmasının planlaşdırıldığını bildirib. 
Ət-Təhaddi məktəblərinin C bölgəsi adlandırılan bölgələrdə Fələstin Təlim və Təhsil Nazirliyi tərəfindən şagirdlərə dəstək məqsədilə inşa edildikləri qeyd edilib. 
İsrail qüvvələrinin Ət-Təhaddi məktəblərini sökərək, fələstinliləri bölgədən uzaqlaşdırmağı və ərazilərini ələ keçirməyi planlaşdırdığı bildirilib.  

Tag və ya açar söz

İsrail، Yəhudi، Yəhudi ekstremizmi، Sionizm، İsrail terroru، Fələstin، İnsan haqları، məktəblərin d

Şərh göndər

Truthngo səmimi şəkildə təkliflərinizi qəbul edir və onları prioritet və diqqətlə yoxlayır.

Şərhiniz

Rəyiniz

Oxşar xəbərlər

free website counter